Daha bir şəhidimiz dəfn edildi 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əkbərov İxtiyar Hüseyn oğlunun meyitinin qalıqları Gəncə şəhərinə gətirilib.

Şəhidin nəşi bu gün ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Əkbərov İxtiyar Hüseyn oğlu 13 oktyabr 1993-cü ildə Ağdərə rayonu ərazisində döyüş tapşırığını yerinə yetirən zaman itkin düşmüş sayılırdı. O, Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]