MVM: “Şahdəniz”dən payın alınması şaxələndirmə istiqamətində böyük addımdır

Macarıstanın MVM şirkəti “Şahdəniz” dəniz qaz-kondensat yatağının işlənməsi layihəsində 5 %-lik payın alınmasını qaz tədarükünün şaxələndirilməsi baxımından mühüm addım hesab edir.

Bunu “MVM Group”un baş direktoru Karoli Matray Bakı Enerji Forumunun II günündə bildirib.

“Azərbaycanla enerji sahəsində sıx əməkdaşlıq edirik. Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”də 5 %-lik payın alınması ilə bağlı sənəd imzaladıq. Biz bununla qürur duyuruq, çünki Azərbaycanla xüsusi münasibətimiz var”, – deyə o qeyd edib.

K.Matrayın sözlərinə görə, bu “MVM Group” strategiyasında ən iri razılaşma olub: “Bu, bizim qaz tədarükümüzü şaxələndirmək və bir mənbədən asılılığı azaltmaq üçün mühüm elementdir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]