Prezident və nazir Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Ermənistan prezidenti Vaaqn Xaçaturyan iyunun 6-da xarici işlər naziri Ararat Mirzoyan ilə xarici siyasət problemlərini müzakirə edib və onların həlli istiqamətində iş aparıb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Mirzoyan Xaçaturyana beynəlxalq proseslər və ölkəyə təsir edən hadisələr barədə danışıb.

Dövlət başçısı səmərəli fəaliyyətinə görə Xarici İşlər Nazirliyinin rəhbərinə təşəkkür edib.

“Bu çətin şəraitdə siz Ermənistanı təhlükəsiz gələcəyə aparan daha yaxşı yollar tapırsınız”, – Xaçaturyan bildirib.

Görüşdə Ermənistan-Azərbaycan danışıqlarının gedişi də müzakirə olunub.

Tərəflər iki qurum arasında əməkdaşlığın perspektivlərindən də danışıb və bir sıra məsələlər üzrə ümumi mövqenin işlənib hazırlanmasının mümkünlüyünü qeyd ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]