Novak: “Rusiya neftinin əks tədarükü üçün Bakı-Tixoretsk kəmərinin genişləndirilməsi müzakirə edilmir”

Azərbaycan Rusiya ilə Rusiya neftinin Azərbaycan istiqamətində mümkün əks tədarükü üçün Bakı-Tixoretsk neft kəmərinin genişləndirilməsini müzakirə etmir.

Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.

“Bu layihə uzun müddətdir ki, heç yerdə müzakirə olunmur”, – A.Novak qeyd edib.

Xatırladaq ki, Rusiya neftinin Azərbaycana əks tədarükü üçün Bakı-Tixoretsk neft kəmərinin genişləndirilməsi layihəsini ötən il Rusiya tərəfi təklif etmişdi. A.Novak 2023-cü ilin oktyabrında bəyan etmişdi ki, neft kəmərinin genişləndirilməsindən sonra neft tədarükünün həcmi 4 milyon tona çata bilər və bu neft Azərbaycanda emal edilə bilər.(“Report”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]