Bayden ABŞ-nin Avropadakı əsgərlərinin sayını açıqlayıb

Avropada, Şimali Atlantika Alyansı ölkələrinin ərazisində ABŞ-nin 80 min əsgəri var.

Bu barədə ABŞ Senatına və Nümayəndələr Palatasına yazılı bildirişdə Prezident Cozef Bayden bildirib.

“ABŞ Silahlı Qüvvələrinin 80 minə yaxın hərbi qulluqçusu müttəfiqlərimizi ruhlandırmaq və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün NATO-nun Avropadakı ölkələrinə göndərildi və ya yerləşdirildi”, – Bayden qeyd edib.

Bu rəqəm ötən illə müqayisədə dəyişməz olaraq qaldı. NATO ölkələrindən başqa, ABŞ-nin daha 576 əsgəri Kosovoda, 2 310-u Səudiyyə Ərəbistanında, 3 813-ü İordaniyada, 75 əsgəri isə Livanda yerləşdirilib.

Ancaq məktubda ABŞ-nin İraq və Suriyadakı əsgər və zabitlərinin sayı açıqlanmır – məlumatlar “milli təhlükəsizliyi təmin etmək”üçün qapalı qalır.

Bayden əlavə edib ki, Nigerdə yaxın aylarda ölkədən çıxarılacaq 700 ABŞ əsgəri qalıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]