Malavinin vitse-prezidentini daşıyan təyyarə yoxa çıxdı

Göyərtəsində Malavinin vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə yoxa çıxıb.

“Təyyarə radardan çıxdıqdan sonra onunla əlaqə yaratmaq üçün göstərdiyimiz bütün cəhdlər uğursuz olub”, – Malavi Prezident və Nazirlər Kabineti ofisinin bəyanatında deyilir.

Açıqlamada 51 yaşlı Çilimanın paytaxt Lilonqvedən yerli vaxtla saat 0917-də (GMT 0717) ayrılan Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarənin göyərtəsində olduğu və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.

Təyyarənin meşəlik ərazidə qəzaya uğradığı ehtimal olunur.

Qeyd edək ki, bunun ardınca Malavi Prezidenti Lazarus Çakvera da Baham adalarına səfərini ləğv edib.(BBC)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]