BƏƏ-nin inkişaf naziri: COP29 iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacaq

BƏƏ Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim dəyişikliyi ilə mübarizədə tarixi uğur olacağına əmindir.

Bunu BƏƏ-nin inkişaf və gələcək hökumət məsələləri üzrə dövlət naziri Ohud Bint Xəlfan Əl Rumi Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.

“Azərbaycanı bu ilin noyabrında COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik etmək istərdim. Ölkənin bərpa olunan enerjinin və davamlı inkişafın təşviqində qabaqcıl səylərini nəzərə alaraq, Azərbaycanın rəhbərliyi altında COP29-un tarixi uğur qazanacağına əminik”, – o vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]