Şavkat Mirziyoyev Azərbaycan Mədəniyyət Günlərinin iştirakçılarını təbrik edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyunun 10-dan 14-dək Daşkənddə davam edəcək Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarını təbrik edib.

Aktualtv.az xəbər verir ki, bu barədə “Sputnik-Özbəkistan” məlumat yayıb.

“Azərbaycan Mədəniyyət Günləri qardaş Azərbaycan torpağında keçirilən Özbəkistanın Mədəniyyət Günlərinin məntiqi davamıdır”, – o vurğulayıb.

Ş.Mirziyoyev qeyd edib ki, özbəklər qardaş Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli adət-ənənələri və dəyərləri ilə tanış ola biləcəklər. Eləcə də, Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçıları Özbəkistanda baş verən dəyişikliklərlə, onun tarixi-mədəni xüsusiyyətləri ilə daha yaxından tanış ola biləcəklər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]