Ayasofya məscidinin elektron surəti yaradıldı

Türkiyədə məşhur Ayasofya məscidinin elektron surəti yaradılıb, bu isə onun zəlzələ zamanı hətta dağılsa belə, bərpasına imkan verəcək.

Layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində Fondlar Baş İdarəsi tərəfindən həyata keçirilib.

Mütəxəssislər iki il ərzində məscidin, demək olar ki, hər kvadratsantimetrini skan ediblər, tikintisi hələ eramızın 537-ci ilində tamamlanan obyektin “elektron klonu”nu yaradıblar.

Layihə İstanbulun tarixi rəmzlərindən birinə dair bütün məlumatların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə zəmanət verir.

“Biz istəyirik ki, Ayasofya 500 ildən sonra da bugünkü kimi qalsın. Toplanmış məlumatlar sayəsində təbii fəlakətlərdən ciddi ziyanın dəyəcəyi təqdirdə tikilinin memarlıq görünüşünün bərpası mümkün olacaq”, – Fondlar Baş İdarəsinin nümayəndəsi Şəngül Koncagül jurnalistlərə bildirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]