BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğuru təkcə Azərbaycanın uğuru olmayacaq, bu tədbir ümumilikdə COP-a inamı gücləndirəcək.

Bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.

“Biz “təşviqedici COP”, “’inklüziv COP”, “maliyyə COP” sözlərini eşitmişik. Məncə, bu üç meyar COP29-un gözlənilən uğurunun əsasını təşkil edir”, – o bildirib.

Sədr qeyd edib ki, yüksək səviyyəli görüşün iştirakçıları COP29-un uğurunun bir hissəsi və səfirləri olmaq istəyirlər.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək. Bu barədə qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]