Rusiya fin sərhədindəki ordusunu Ukraynaya göndərdi

Finlandiya ilə sərhəd yaxınlığındakı Rusiya bazaları demək olar ki, boşdur. Rusiya buradakı bütün şəxsi heyət və texnikanı Ukraynaya qarşı müharibəyə göndərib.

Bu barədə “Yle” nəşri mənbəyə istinadla məlumat yayıb.

“Texnika və əsgərlərin orta hesabla 80%-i Ukraynaya qarşı müharibəyə aparılıb. Bazalarda demək olar ki, yalnız təlimatçılar və çağırışçılar qalıb. Müqaviləli əsgərlər döyüşə göndərilib”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiya təkcə Finlandiya sərhədindəki bazalarından deyil, Moskva bölgəsi istisna olmaqla, bütün ərazisindən texnika və hərbi personalı çıxarır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]