İrakli Kobaxidze: “Xarici agentlər haqqında” qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır

Gürcüstanın baş naziri İrakli Kobaxidze “Xarici agentlər haqqında” qanuna qarşı aparılan kampaniyanı rüsvayçılıq adlandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, baş nazir bu barədə jurnalistlərə açıqlama verib.

“Hər bir ölkə öz suverenliyinə önəm verir. Kanadada, təbii ki, şəffaflıq haqqında qanunun qəbulu xarici təsirlərin qarşısının alınmasına və ölkənin suverenliyinin qorunmasına xidmət edir. Buna əsaslanaraq Gürcüstanda şəffaflıq qanununa qarşı aparılan kampaniya tam bir fars idi. Kanada nümunəsi bunun daha bir bariz təsdiqidir. Heç bir arqument olmadan qanunu tənqid etmək sadəcə olaraq rüsvayçılıqdır”, – İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, Kanada Senatı iyunun 19-da xarici müdaxiləyə qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]