Dünyanın gözü Rusiyaya çevrilir: İlin ən mühim iqtisadi tədbiri

Bu gün dünya iqtisadi gücə sahib olmaq, böyük bazarlara yiyələnmək, qlobal iqtisadiyyatda iştirak etmək üçün bütün imkanlarından istifadə edir. Bunun üçün isə əsas diqqətlər beynəlxalq iqtisadi formlara yönəlib. Hazırda isə bu istiqamətdə ən böyük mübarizə məhz Rusiya bazarları uğrundadır. Qərbin sanksiyaları səbəbindən boşalan Rusiya bazarlarına çıxış əldə etmək üçün ölkələr qızğın mübarizə aparır.
Bunun üçün isə səfərli şərtlər formalaşıb. Hazırda dünya ölkələrinin iqtisadi rəhbərləri bu ilin 5-8 iyununda Sankt-Peterburq baş tutacaq 27-ci Beynəlxalq İqtisadi Forma hazırlaşır.
Bu form gələcək bir neçə ildə Rusiya bazarlarına giriş bileti almaq üçün çox vacib beynəlxalq iqtisadi tədbir hesab olunur.
Qeyd edək ki, “Roskonqress” fondunun təşkilatçılığı ilə XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF-2024) Rusiyada hər il keçirilən ən mühüm beynəlxalq iqtisadi tədbir hesab olunur.
2024-cü il iyunun 5-dən 8-dək cari ilin əsas iqtisadi hadisələri Sankt-Peterburqda cərayan edəcək. Bir neçə gün ərzində Sankt-Peterburq dünyanın aparıcı iqtisadiyyatlarının nümayəndələri üçün işgüzar fəaliyyət mərkəzinə çevriləcək. Tədbirin əsas mövzusu “Çoxqütblülüyün əsası – yeni inkişaf mərkəzlərinin formalaşması” olacaq.
Konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı yolunda maneələrin aradan qaldırılması məqsədilə təşkil olunan ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu effektiv müzakirələr və əməkdaşlıq platforması kimi iştirakçılara xidmət edir.
Bu, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu ilə bağlı rəsmi məlumatdır. Ötən ilə nəzər saldıqda, bu tədbirin nə dərəcədə önəmli və vacib olduğunu görmək mümkündür.
Xatırlatma üçün qeyd edək ki, 2023-cü ildə keçirilən formda real və virtual formatlarda 130 ölkədən 17 mindən çox qonaq iştirak edib. Forumda ümumi məbləği 3 trilyon 860 milyard rubl (43 milyard dollar) olan 900-dən çox saziş imzalanıb.
Nə qədər qəribə səslənsə də, Rusiyaya qarşı sanksiya tətbiq edən Qərb iqtisadçıları da , Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda dialoqlar aparmağa üstünlük verir. Beynəlxalq ekspertlər hesab edir ki, , Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu gün dünyanın əsas ekspert platformasıdır və yüksək etimad səviyyəsinə malikdir.
Artıq bir sıra ölkələr Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakla bağlı müsbət mövqelərini açıqlayıb.
Rusiya mətbuatı yazır ki, formda müzakirələrə qoşularacaq, eləcə də ikitərəfli görüşlər keçirəcək ölkələr Çin, İran, Hindistan, Afrika, Venesuela, Oman, Qazaxıstan, Abxaziya, Azərbaycan, Qırğızıstan və bir sıra digər ölkələrdir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi sahibkarları XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət edib. Qurum bunula bağlı rəsmi internet saytında elan paylaşıb.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməkdə maraqlı olan ölkələr sırasında Türkiyə də var. Nəzərə alsaq ki, Türkiyə hazırda Rusiyanın tikinti, otelçilik və restoran bazarında aktiv şəkildə iştirak edir, bu forum sayəsində Rusiya bazarlarında varlığını daha da möhkəmləndirmək niyyətindədir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]