Leysan, dolu, 37° isti – Sabahın havası

İyunun 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti verilən məlumat yayıb,

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Lakin günün birinci yarısında havanın qısamüddətli tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]