“Məsud Pezeşkianın soyadını “yan” sonluğu ilə yazanlar bunu qəsdən edirlər!” – Çingiz Abdullayev

Azərbaycan Yazıçılar Birliyinin (AYB) I katibi, Xalq yazıçısı Çingiz Abdullayev İranda növbədənkənar prezident seçkilərinin 2-ci turuna keçən azərbaycanlı namizəd Məsud Pezeşkianla bağlı açıqlama verib.

Çingiz Abdullayevin sözlərinə görə, bəzi mətbuat orqanları və maraqlı qüvvələr Məsud Pezeşkianın soyadını bilərəkdən səhv yazırlar. Yazıçı həmin qüvvələri təxribatçı adlandırıb:

“Onun Azərbaycan soyadı belə yazılır – Pezeşkian. Bəziləri bilərəkdən onun soyadını “yan” sonluğu ilə yazır – Pezeşkiyan, lakin bu, qəsdən edilən təxribatdır. Onun atası azərbaycanlıdır. Məsud özü məşhur ürək cərrahıdır, iki dəfə İranın səhiyyə naziri, parlamentin vitse-spikeri vəzifələrində çalışıb, Təbriz Universitetinin prezidenti seçilib. Həyat yoldaşı və bir övladı avtomobil qəzasında dünyasını dəyişdikdən sonra bir daha evlənməyib və qalan üç övladını – iki oğlu və bir qızını tək böyüdüb. İran-Türkiyə Dostluq Cəmiyyətinin üzvü, Quran müəllimidir. Ümid etmək istəyirəm ki, o, İranda prezident seçkilərinin ikinci turunda qalib gələ biləcək”.

Xatırladaq ki, iyulun 5-də İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu keçiriləcək.

İkinci tura keçən Səid Celili (İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi) və Məsud Pezeşkian (parlamentin deputatı, keçmiş səhiyyə naziri) prezidentlik uğrunda mübarizə aparacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]