“Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək”

Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bu problemin həlli üçün ilk dəfə Ulu Öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Narkotik əsirin bəlası el dilində ağ ölümdü.

“İlk növbədə onu deyim ki, narkomaniyaya meyillilik əsasən maraqdan başlayır. Yeniyetməlik dövründə, xüsusilə oğlan uşaqlarında “əsl kişi” olmaq istəyi siqaretə meyilliliyə səbəb olur. Çünki yeniyetmələr həyatda öz  rollarını, ata və ya babadan götürür. Narkomaniyaya meyilli şəxslər və ya istifadəçilər əsasən bu şəkildə böyüdülən uşaqlardır. 
Aydın məsələdir ki, ailə mühiti, tərbiyəsi hər bir uşağın sonrakı taleyində əsas rol oynayır. Onun evdə aldığı tərbiyə metodu sonrakı həyatının, yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Ailədə qoyulan ilkin tərbiyə digər mühitlərdə daha da təkmilləşir, şəxsin cəmiyyətdə müəyyən istiqamətdə yer tutmasına yol açır.
Bu bəladan qurtulmağın müxtəlif yolları vardır. Ancaq məqsəd bu xəstəliyə, bu bəlaya, “ağ ölümə” yoluxmadan qarşısını almaqdır. Burada cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi vardır. Gənclərimizi, uşaqlarımızı, bu bəladan uzaq tutmaq, onlarla söhbətlər aparmaq, “ağ ölüm”ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır. Əksər mütəxəssislər düşünürlər ki, uşaqlarımızı sərbəst buraxmaqla yanaşı, həm də onların asudə vaxtlarının fəaliyyəti istiqamətində müəyyən fakultativ məsləhətlər vermək daha məqsədəmüvafiqdir. Gənclərimiz narkomanlığın necə bir bəla olduğunu dərk edərsə, əlbəttə, bu bəladan uzaq durar və ətrafını da “ağ ölüm”dən qorumağa çalışar.

Onuda bildirmək istəyirəm ki Qeyri Hökmət Təşkilatı olaraq mütəmadi maarifləndirici görüşlər söhbətlər aparılır. Sosial şəbəkələrdə maarifləndirici postlar paylaşılır.
Gənclərin Anti-Narkomaniya İctima Birliyi öhtəsinə düşən vəzifəni yerinə yetirmək üçün əlindən gələni əsirgəmir və hər bir şəxsi bu ağ ölümün qarşısını almağa dəvət edir.

Lalə Səfərova

Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin PR-menceri

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]