Ağadadaş Ağayev vəhşicəsinə döyüldü – Şok video

Xəbər verdiyimiz kimi, Ağadadaş Ağayevi “Medera” xəstrəxanasının müfahizəçisi döyüb.

Olayı əks etdirən görüntünü təqdim edirik:

Qeyd edək ki, Ağadadaş Ağayev qulağından əməliyyat olunub, bu gün səhər saatlarında isə özünü yaxşı hiss etmədiyi üçün evinin önündə olan “Medera” klinikasının mühafizəçisindən həkim göndərilməsini xahiş edib. Mühafizəçi ona kobud cavab verib və mübahisə yaranıb. Bu zaman mühafizəçi xalq artıstini döyüb, daha sonra evə gedən A.Ağayev balta ilə qayıdıb və onu mühafizəçiyə atıb.

Baltanın klinikada çalışan işçilərdən birinin ayağını zədələdiyi haqda məlumat yayılsa da, videoda fərqli mənzərə ortaya çıxır. Belə ki, baltanın kiməsə dəymədiyi, yerə düşdüyü, əvəzində isə mühafizəçinin xalq artistini qəddarcasına döydüyü, yerə yıxıldıqdan sonra belə Ağayevi təpiklədiyi aydın olur.(Axar)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]