Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.
Tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.
İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir.
Forum çərçivəsində “İqtisadiyyatın əsas istiqamətləri – ortaq rifaha doğru addım” adlı Azərbaycan məhsullarının sərgisi də təşkil olunacaq.
Forumun məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişafı, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsidir.