“Azərbaycan Serbiyaya hər zaman etibar edə bilər”

“Dünənki seçkilər münasibətilə sizi təbrik etmək istəyirəm. Seçkilər demokratik və azad şəkildə keçirilib”.

Bunu Serbiyanın XİN rəhbəri Marko Curiç Bakıda xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan hökuməti, parlamentlə işləməyə hazırdırlar:

“Bu əməkdaşlıq prezidentlərimizin strateji vizyonu sayəsində daha da güclənib. 20 ildən artıqdır ki, münasibətlərimiz mövcuddur. Bakıda bu gün apardığımız müzakirələrimiz çox faydalı və məhsuldar olub. Bu əməkdaşlıq ildən-ilə artıb və bu il rekord olduğunu qeyd edə bilərik.

Əməkdaşlığı daha da artırmaq niyyətindəyik. Azərbaycanı COP29-a ev sahibliyi etməyi ilə bağlı təbrik etmək istəyirəm. Serbiya COP29 iclasında çox fəal rol oynayacaq və Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə mümkün qədər çox dəstək vermək niyyətindədir.

Biz Azərbaycanın suverenliyini dəstəkləməyə davam edəcəyik. Bu bir prinsip məsələsidir. Bu, iki ölkənin beynəlxalq hüquqa verdiyi önəmə görədir”.

“Serbiyanın simasında Azərbaycanın çox etibarlı dostu var. Burda olmağımdan şərəf duyuram. Bundan sonra Azərbaycan Serbiyaya hər zaman etibar edə bilər”, – deyə serbiyalı nazir vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]