“Haqqımızda deyilənlər bizi maraqlandırmır”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
M.Pənahov qeyd edib ki, kimsə Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək:
“Bizə isə heç kimin qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir eyni prinsiplə işləyir. Verdiyimiz qərarların hamısı əsaslandırılıb. Haqqımızda yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi görürük. Bütün müraciətlər, məlumatlar, hətta sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq, əsaslı qərar qəbul olunacaq”.