Paşinyan Putinin toplantısına GEDİR

Ermənistan baş nazir Nikol Paşinyan səviyyəsində BRİKS sammitində iştirak edəcək.

Bu barədə hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin  Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarkis Xandanyan bildirib.

Sammit oktyabrın 22-24-də Kazanda baş tutacaq. BRİKS sammitinə Rusiya prezidenti Vladimir Putin sədrlik edəcək.

Bir neçə gün əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistanın sammitdə iştirak edəcəyini bildirsə də, Ermənistan tərəfinin hansı səviyyədə iştirak edəcəyini dəqiqləşdirməmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]