Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi

Bakıda qadın sərxoş həyat yoldaşından polisə şikayət edib.

41 yaşlı Elvin Quliyev (ad-soyadlar şərti) hadisə günü içkili vəziyyətdə evə gəlib.

İttihama görə, həyat yoldaşı Samirə onun davranışlarını qınayarkən, Elvin ona “səni öldürərəm ha”, – deyə cavab verib. Bu sözü eşidən kimi qadın birbaşa polis şöbəsinə qaçıb. Sərxoş ər onun arxasınca gəlib və cütlük şöbənin qarşısında da mübahisə edib.

Arvadının şikayətdən sonra Elvin saxlanılıb və əməli xırda xuliqanlıq kimi qiymətləndirlib.  

Nizami Rayon Məhkəməsinin qərarı ilə Elvin 15 sutka inzibati qaydada həbs edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]