İran XİN həmin səfirləri çağırdı

İran Xarici İşlər Nazirliyi Böyük Britaniya, Fransa, Niderland və Almaniya səfirlərini öz ölkələrinin İrandan Rusiyaya hərbi yardım göstərməsi ilə bağlı bəyanatlarından sonra çağırıb.

Bu barədə “Mizan” agentliyi məlumat yayıb.

“Bəzi Avropa ölkələrinin qeyri-konstruktiv bəyanatlarından sonra Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın Tehrandakı səfirliklərinin rəhbərləri Xarici İşlər Nazirliyinə çağırılıb”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, sentyabrın 2-də “Bloomberg” Tehranın yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırdığını yazıb. Məqalə müəlliflərinin fikrincə, Rusiya bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə hazırlaşır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]