COP29-la bağlı ezamiyyə xərcləri müəyyənləşdi

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirləri çərçivəsində ezamiyyə xərcləri müəyyənləşib.

Bununla bağlı Baş nazir Əli Əsədov “Ezamiyyə xərclərinin normaları haqqında” Qərar imzalayıb.

Qərara əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri, habelə həmin sessiyaların müəyyən edilmiş Prezidenti tərəfindən hazırlıq işlərinin aparılması üçün formalaşdırılmış məsul nümayəndələrdən ibarət heyətin üzvləri COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində Nyu-York, Vaşinqton, Cenevrə, Davos, Rio-de-Janeyro, Əbu-Dabi, Sidney, Tokio, London, Madrid, Paris, Roma, Vyana, Sinqapur, Nukualofa şəhərlərinə ezam olunarkən onların ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə ödənilir.

Bu Qərar 2024-cü il avqustun 1-dən tətbiq olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]