“Rusiyanı raketlə təmin etməmişik” – İran lideri

“İran Rusiyanı heç bir raketlə təmin etməyib”.

Bunu İranın Prezidenti Məsud Pezeşkian mətbuat konfransı zamanı deyib.

“Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gəldikdən sonra heç bir silah ötürülməyib”, – prezident bildirib.

O əlavə edib ki, İran həmişə Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub.

“Rusiya müharibəyə niyə başladı? Avropalılardan soruşun! NATO niyə sərhədlərini genişləndirmək istəyir?”, – M. Pezeşkian əlavə edib.

Xatırladaq ki, “The Wall Street Journal” adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.

Daha sonra İran bəyanat yayaraq xəbərin yalan olduğunu açıqlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]