“Mənim telefonum bağlıdır” – Santuş

Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib.

O, konfransda “Neftçi”də heyətə düşə bilməyən Emin Mahmudovun milliyə niyə çağırıldığı ilə bağlı suala cavab verib.

“Çünki keyfiyyətli futbolçudur. Bəzi keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirəmsə, hər zaman oynayacam. Kim oynayacaq, oynamayacaq qərarları baş məşqçi verir. Futbolçular dərk etməlidir ki, onlar burada Azərbaycan millisinə xidmət edir. Komandamızı da buna görə qurmaq istəyirik. Milliyə dəvət olunmaq o demək deyil ki, 100 faiz oynayacaq. Ola bilsin ki, bəzi oyunçular daha artıq oynayacaq. Bütün millilərdə belədir. 

Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiniz. Burda heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Kimsə kimisə daha çox tərifləyirlər deyə milliyə cəlb olunmur, ya da hansısa agentlər tərəfindən. Mənim telefonum bağlıdır, həmişə bu tərzdə işləmişəm, işləməyə də davam edəcəyəm. Bu, mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiniz ki, seçimlərimdə qıraq müdaxilələr yoxdur, mümkün deyil”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]