Azərbaycan Premyer Liqası: IX tur “Qarabağ”ın futbolçusu üçün əlamətdar olub

Azərbaycan Premyer Liqasının IX turu “Qarabağ” klubunun futbolçusu Toral Bayramov üçün əlamətdar olub.

O ölkə çempionatlarında 100-cü oyununu keçirib.

23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.

Bütün oyunlarını “Qarabağ”ın heyətində keçirən Toralın debütü 2019/2020 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də, “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.(“Report”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]