Türkiyədə ailə faciəsi baş verib. Kişi bütün ailə üzvlərini öldürüb.
Hadisə Qaziantep şəhərinin Şahinbey rayonunda qeydə alınıb.
İddiaya görə, məhəllədə bərbər işləyən Əhməd Dəmir 30 yaşlı həyat yoldaşı Əminə Dəmiri, 5 yaşlı qızı Azranı, 4 yaşlı oğlu Yusuf Eymeni, 11 yaşlı qızı Mədinəni və 6 yaşlı qızı Edanur Dəmiri silahla öldürüb.
Məlumata görə, kişi daha sonra eyni silahla intihar edib.
Hadisə yerinə çox sayda polis və tibbi qruplar cəlb edilib.