Həyatını Qısaltma! Narkotikə Yox De!

Müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır.
El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır.
Uzun illərin elmi araşdırmaları göstərir ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Araşdırmalar göstərir ki, erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü 35-40 il arası təşkil edir.

Şübhəsiz ki, ən böyük təbliğat və örnək ailədən başlayır. Ailələr nə qədər sağlam bağlara sahib olarsa, valideynlər övladları ilə nə qədər dostluq bağı qura bilərsə, o ailədə böyüyən uşaqlar da düzgün mühitdə böyüyüb formalaşacaq. Çünki valideynlər uşaqlar üçün ən təsirli mayak rolunu oynayır. Bu gün valideynlərin necə davranması və uşaları üçün hansı təsirə malik olması, sabah həmin uşaqların gələcəyinə bilavasitə təsir edir.

Narkotik maddələr – tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Bir dəfə ilə heçnə olmaz demiyek hersey elə o bir dəfə ilə başlayır.

Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv edir.

Bunuda bildirim ki, “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi  Ölkəmizdə narkomaniyanın yayılması, xüsusilə belə mənfi halların yeniyetmələr və gənclərin arasında kütləvi hal almasına qarşı apardığı genişmiqyaslı tədbirlərə dəstək olaraq təbliğat kampaniyası həyata keçirir və maarifləndirmə edir.

Bu mübarizədə birlik olaq Narkomaniya bəlasına yox deyək!

Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin Mətbuat Katibi Lalə Səfərova

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]