Moldovada prezident seçkisi ikinci tura qaldı

Moldovada namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalacaq.

Bunu Moldova Mərkəzi Seçki Komissiyasının sədri Angelika Karaman deyib.

“İlkin məlumatlar göstərir ki, 11 namizəddən heç biri seçkilərdə iştirak edən seçicilərin 50%-dən çox səsini toplaya bilməyib. Müvafiq olaraq, iki həftə ərzində seçkilərin ikinci turu təşkil olunacaq”, – Karaman bildirib.

Onun sözlərinə görə, seçkilərin ikinci turu noyabrın 3-də keçiriləcək.

Qeyd edək ki, səslərin 98,56 faizinin sayılmasından sonra Moldovanın hazırkı prezidenti Maya Sandu 42,07 faiz səslə liderdir. Onun rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 26,27 faiz səs toplayıb. “Bizim Partiya”nın lideri Renato Usatıy 13,72% səslə ilk üçlüyü qapayır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]