Bakıda eyni vaxtda leysan və günəşli havaya – Səbəb nədir?

Məlum olduğu kimi, bu gün səhər saatlarından etibarən Bakının bəzi ərazilərinə güclü yağış yağıb. Xüsusən paytaxtın Nərimanov, Sabunçu rayonlarında leysan müşahidə olunub. Lakin Yasamal, Binəqədi, o cümlədən, Xırdalandan olan izləyicilərimiz yaşadıqları ərazilərdə yağışsız və günəşli havanın müşahidə olunduğunu bildiriblər. 

“Qafqazinfo” paytaxtda eyni vaxtda müşahidə olunan təzadlı hava ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.

Qurumun Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, bu gün səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilib. Yarımadanın bəzi ərazilərində yağıntı leysan xarakterli və qısamüddətli olub.

Onun sözlərinə görə, payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş əraziləri əhatə edir. Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır: “Səhər saatlarında sinoptik şəraitlə əlaqədar olaraq Bakı və Abşeron yarımadası üzərində laylı-yağış buludları ilə yanaşı, topa-yağış buludları da müşahidə edilib ki, bu  da yarımadanın bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağışın yağmasına səbəb olub”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]