İranda həkim çatışmazlığı: Xəstələr xaricə göndəriləcək

Ölkədə həkim çatışmazlığına görə xəstələrin müalicəsi problemə çevrilib. Belə davam edərsə, 7-8 ildən sonra xəstələri müalicə üçün xarici ölkələrə göndərmək məcburiyyətində qalacağıq.

Bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Əli Cəfərian deyib.

“İnqilabın ilk illərində xarici həkimlərin xidmətindən istifadə etsək də, sonradan vəziyyət dəyişdi. 3 il əvvələ kimi xəstələrin xaricdə müalicə olunması az hallarda baş verirdi, indi isə bu genişlənməkdədir”, – o bildirib.

Cəfərian xarici ölkələrə işləməyə gedən həkimlərin sayının artdığı, yaxın gələcəkdə bu sahədə qarşısıalınmaz problemlərin ortaya çıxacağı barədə xəbərdarlıq edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]