Türkiyə indi dünyada ən böyük dron istehsalçısıdır – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara ölkənin milli təhlükəsizliyi ilə bağlı qərarlar qəbul edərkən artıq heç kimdən icazə almır və ya başqalarının fikri ilə maraqlanmır.

Ədoğan qeyd edib ki, Ankara indi dünyada ən böyük dron istehsalçısıdır.

“Əvvəllər bizi silahla təmin edənlər atdığımız güllələrin sayını hesablayır və mütəmadi olaraq hesabat tələb edirdilər. Terrorla mübarizədə həmişə maneələrlə üzləşmişik. İndi biz öz silahlarımızla bütün problemlərin öhdəsindən gəlirik. Biz milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən artıq heç kimdən icazə almırıq və başqalarının fikri ilə maraqlanmırıq”, – prezident vurğulayıb.

Onun fikrincə, Türkiyə çəkindirici güc əldə etmək üçün müxtəlif sahələrdə fəaliyyətini dayandırmayacaq, bu da dostlara güvən, düşmənlərə qorxu aşılayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]