Tramp: Harrisə Rusiya və Çinlə danışıqlar aparmağa etibar etmək olmaz

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, onun demokrat rəqibi Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ və Rusiya və ya Çin arasında danışıqların öhdəsindən gələ bilməyəcək.

Tramp bunu Viskonsin ştatının Milvaki şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Kamala Harrisin Rusiya və ya Çinlə nüvə müharibəsi barədə danışmasına etibar edərdinizmi? Düşünmürəm. Bizi iqtisadi böhrandan çıxaracağına inanardınızmı? Düşünmürəm. Çox zəif və səriştəsiz, son dərəcə aşağı IQ-ya malik bir insana böyük güc verməkdən daha təhlükəli bir şey yoxdur”, – deyə o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]