“Rusiya əlindən gələni etməyə davam edəcək”

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

“Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlindən gələni etməyə davam edəcək”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini qəbul etdikdən sonra çıxışında deyib. 

“Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi üçün əlimizdən gələni etmişik və edirik. Sülh sazişi, dövlət sərhədinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işə bundan sonra da öz töhfəmizi verməyə davam edəcək”, – deyə Putin qeyd edib. 

Xatırladaq ki, V.Putin bu gün Kremldə Azərbaycanın Moskvaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, eləcə də 27 digər ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]