Amsterdamda israilli azarkeşlərə hücum – 10 yaralı

Amsterdamda İsrailin “Maccabi Tel Aviv”lə Niderlandın “Ajax” klubları arasında baş tutan futbol matçından sonra insident yaşanıb.

Oyundan sonra maskalı şəxslər israilli azarkeşlərə hücum edib. 

Hücum edən şəxslərdən bəziləri Fələstinə dəstəklə bağlı şüarlar səsləndirib. 

Bununla yanaşı, həmin şəxslər İsrail vətəndaşlarının yerləşdiyi hotellərə daxil olmağa cəhd edib. 

Hücumun Amsterdamın bir neçə hissəsində qeydə alındığı bildirilib. İsrail Xarici İşlər Nazirliyi isə insident zamanı 10 nəfərin yaralandığını, 2 nəfərin isə itkin düşdüyünü açıqlayıb. 

Niderland polisinin məlumatına görə, hadisə ilə bağlı 60-dan çox şəxs saxlanılıb, 5 nəfər xəstəxanaya yerləşdirilib.  

Bununla yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarının dərhal ölkəyə qaytarılması üçün Niderlanda 2 təyyarə göndərilməsi barədə göstəriş verib. 

Eyni zamanda, İsrail XİN Amsterdamda olan israilliləri hotelləri tərk etməməyə çağırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]