Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi

Noyabrın 7-də Qəbələ rayonunda qadına qarşı xuliqanlıq etmiş 36 yaşlı S.Səlimov həbs edilib.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə S.Səlimova 12 sutka inzibati həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Qəbələnin kəndlərindən birində yaşayan S.Səlimov digər kənddə yaşayan Vüsalə (şərti) ilə münasibət qurub və gizli sevgi yaşayıblar. Bir müddət sonra evli şəxslər arasındakı münasibət pozulub və Vüsalə S.Səlimovla görüşməkdən imtina edib.

Bundan sonra qadın ondan əl çəkməyən şəxsdən polisə şikayət edib və onun barəsində inzibati tənbeh tədbiri görülüb.

Amma S.Səlimov qadını narahat etməyə davam edib, Vüsalə bu barədə onun ailəsinə bildirib. 3 uşaq atası olan S.Səlimov isə əsəbiləşərək Vüsalənin həbsdə olan ərinə zəng edib, arvadı ilə sevgi münasibəti yaşadığını deyib.

Bundan sonra Vüsalə qonşu kəndə gedərək S.Səlimovun ailəsi ilə məsələni müzakirə edib aydınlaşdırmaq, baş verənlərə son qoymaq istəyib. Bu zaman S.Səlimov evdən çıxaraq Vüsaləni söyüb və küçədə səs-küy salaraq xırda xuliqanlıq əməli törədib.

Vüsalənin polisə növbəti şikayətindən sonra S.Səlimov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.(Qafqazinfo)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]