AKAF COP29-la bağlı avarçəkmə yürüşü keçirəcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar müxtəlif aksiya və layihələr həyata keçirib. Federasiya COP29-un baş tutduğu bu günlərdə daha bir tədbir təşkil edəcək.

17 noyabr – Milli Dirçəliş Günündə bulvarda, Bakı Avarçəkmə və Kanoe İdmanı (BAKİ) klubunun yerləşdiyi ərazidə “Təmiz suda avar çək!” devizi altında yürüş keçiriləcək.

Yürüşə Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi,  Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana səfər edəcək 50-dən çox fəxri qonaq qatılacaq.

Qeyd edək ki, “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]