Boliviyalı siyasətçi: “İqlim maliyyələşməsi üçün 1,3 trilyon dollar tələb edilir”

“COP29-dan vacib bir gözləntimiz var. Çünki inkişaf etməkdə olan ölkələrin iqlim fəaliyyəti sahəsində hədəflərini artırmaları üçün, inkişaf etmiş ölkələrdən maliyyə dəstəyinin təmin olunmasına həqiqətən ehtiyac var. Bu, uzun illərdir yerinə yetirilməyən böyük bir öhdəlikdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında boliviyalı siyasətçi Diego Pacheco Balanza deyib.

O, konfrans zamanı iqlim dəyişmələrindən əziyyət çəkən inkişafda olan ölkələrin problemlərinin həlli üçün mühüm qərarların qəbul olunmasını dəstəkləyir:

“Biz gözləyirik ki, COP29-da inkişaf etməkdə olan ölkələrin növbəti indeks dövrünü hazırlamaları üçün yaxşı hazırlıq görmələri məqsədilə yeni kollektiv maliyyə məbləğinin qəbul edilməsini gözləyirik. Bununla iqlim böhranının həlli üçün bərabərlik və ortaq, lakin fərqləndirilmiş öhdəliklər prinsipinə uyğun töhfə verə bilək.

İnkişaf etməkdə olan ölkələr, ehtiyaclara cavab vermək üçün ildə 1,3 trilyon dollar tələb edirlər. Və həmçinin, yeni kollektiv maliyyə məbləği, əsasən dövlət maliyyəsi üzərində qurulmalıdır. Dünyada pul var, pulun olmadığı doğru deyil. Pul hazırda müharibələrə xərclənir. Beləliklə, gözləyirik ki, bu COP inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının ödəniləcəyi bir səhnə olacaq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]