“Fransanın verdiyi ziyanlardan çox əziyyət çəkirik” – Yeni Kaledoniyalı qonaq

“Fransanın COP29-da iştirak etməməsi təssüf doğurur. Bir kanalizator ölkə kimi Fransanın burada iştirakı çox yaxşı olardı. Çünki onların verdiyi ziyanlardan biz daha çox əziyyət çəkirik”.

Bu sözləri Bizim.Media-ya Fransanın müstəmləkəsi Yeni Kaledoniyadan gələn Vadedeu Jean Albert deyib.

Bakıdakı Təşəbbüs Qrupuna COP29-a dəvət aldıqlarına görə təşəkkürünü bildirən Albert Yeni Kaledoniyada iqlim dəyişikliklərinin ətrafa vurduğu zərərlərdən söz açıb:

“COP29-da iştirak etməyimizin əsas səbəbi də elə budur ki, müstəmləkəçilikdən əziyyət çəkən bir xalq olaraq Yeni Kaledoniyada iqlim dəyişikliklərinin ətrafa vurduğu zərərlə bağlı səsimizi qaldıraq. Hər halda bu tədbirdə Fransanın iştirakı ona görə lazım idi ki, burada müzakirə olunan hər bir məsələni dinləyərdilər və biz onlardan izah tələb edərdik.

Onların istismarının əziyyətini çəkən xalq olaraq Fransadan bu məsələnin nəticələrinin necə aradan qaldırılacağını öyrənmək istərdik. Bizə bu vəziyyətdən çıxmaq üçün necə kömək edəcəklərini bilmək istərdik?”, – deyə Albert qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]