Mədəniyyət naziri: Türkiyə iqlim davayanıqlığına nail olmaq üçün əməkdaşlığa sadiqdir

Türkiyə iqlim dayanıqlığına nail olmaq yolunda əməkdaşlığa sadiqliyini təsdiqləyir.

Bunu Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy COP29 çərçivəsində keçirilən nazirlərin görüşündə bildirib.

“Əminəm ki, Azərbaycanın rəhbərliyi altında bu konfrans bizi iqlim dəyişikliyi probleminin həllinə və beynəlxalq ictimaiyyətin gözləntilərinin yerinə yetirilməsinə gətirib çıxaracaq. Beynəlxalq əməkdaşlıq həmçinin qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir”, – o qeyd edib.

Nazir vurğulayıb ki, bir çox mədəni və təbiət obyektləri ekstremal hava şəraitinin təsirinə qarşı getdikcə daha həssas olur. “Bu risklər ümumi nemətlərimizi gələcək nəsillər üçün qorumağın son dərəcə zəruri olduğunu vurğulayır. Heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz. Qlobal əlaqələndirilmiş fəaliyyətlər tələb olunur. Bu görüşdə nümayiş etdirilən əməkdaşlıq iqlim böhranının həlli üçün zəruri olan kollektiv qətiyyətin gözəl nümunəsidir”, – M.Ersoy əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]