Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir

Bakıda keçirilən COP29 dünya ictimaiyyətinə qlobal ekoloji gündəliyi müzakirə etmək üçün böyük imkanlar yaradıb.

Bunu Özbəkistanın ekologiya naziri Əziz Abduhakimov COP29-un kuluarlarında “NEWS.ru” portalına bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi tədbiri ən yüksək səviyyədə təşkil edib.

“Azərbaycanlı həmkarlarımı və dostlarımı tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Bu, iştirakçılar üçün aktual gündəliyi, məsələn, “yaşıl enerji”nin “yaşıl təhsil”lə əlaqəsini müzakirə etmək üçün böyük fürsətdir. Məhz buna görə nümayəndə heyətimizdə təhsil və elm naziri də təmsil olunur. Həmçinin energetika, su təsərrüfatı, kənd təsərrüfatı nazirləri də iştirak edirlər”, – o qeyd edib.

Özbəkistanlı nazir həmçinin tərəfdaş və həmkarlarla görüşmək, qlobal ekoloji gündəliyə daxil olan bütün məsələləri təkbətək müzakirə etmək üçün yaradılan imkana görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Ə.Abduhakimovun sözlərinə görə, Özbəkistan nümayəndə heyəti üçün COP29 çox uğurla keçir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]