Lesli Adoqame: “Afrikada tullantıların yandırılması alternativ həllərlə əvəz edilməlidir”

Afrikada tullantıların yandırılması bu istiqamətdə problemləri həll etmir.

Bunu Nigeriyanın Fəaliyyət və İnkişaf üçün Davamlı Tədqiqatlar (SRADev) təşkilatının icraçı direktoru Lesli Adoqame Metan üzrə Qlobal Öhdəlik çərçivəsində keçirilən tədbirdə bildirib.

“Tullantıların yandırılması Afrikada bu istiqamətdə problemlərin həlli üçün yol deyil. Bu, kömür yandırılması kimi çirkli enerji mənbəyidir. Üstəlik, bu, israfçı və idxal olunan texnologiyadır”, – o vurğulayıb.

L. Adoqamenin sözlərinə görə, yandırmaya alternativ olaraq daha təhlükəsiz və iqtisadi baxımdan sərfəli həllər mövcuddur: “Bu alternativlər vasitəsilə təkcə sağlamlıq risklərinin qarşısı alınmır, həm də daha çox enerji istehsal olunur və ya enerjiyə qənaət edilir. Xüsusilə də sağlamlıqla bağlı xərcləri nəzərə aldıqda, bu üsullar daha ucuz başa gəlir”.

İcraçı direktor əlavə edib ki, Afrikanın tullantıların idarə olunmasında daha effektiv və davamlı həllərə ehtiyacı var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]