Hesabatlar göstərir ki, dünya sürətlə iqlim fəlakətinə doğru irəliləyir.
Bunu Meksikanın çoxtərəfli məsələlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.
“Əgər qlobal temperatur 3 dərəcə artarsa, planetdə təhlükəsiz yer olmayacaq. Biz kursu dərhal dəyişməsək, bu, baş verəcək. İqlim öhdəlikləri və birtərəfli qərarlardan geri çəkilmək üçün yer yoxdur”, – o qeyd edib.
E.Oçoa vurğulayıb ki, Meksika bu gün iqlim böhranı ilə mübarizə üçün çoxtərəfli səylərə birmənalı dəstəyini bir daha təsdiqləyir.