Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, vətəndaş heç vaxt işləməyib, ya da qeyri-formal işləyibsə, ona pensiya verilməyə bilərdi:
“Nəticədə 300 min pensiyaçı sosial sığorta ödənişləri olmadığından 110 manatdan çox pensiya almayacaqdı. Ancaq sosial sığorta amnistiyası tətbiq olundu. Bu da ən böyük amnistiyalardan biridir və 2025-ci ilədək uzadılmışdı. 2026-cı ildən isə cəmi bir il sosial sığorta stajı olan şəxsə pensiya veriləcək, bir sözlə, 24 il ona hədiyyə ediləcək”.