RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir

Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib.

“Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin alternativsiz mexanizmi olan KTMT-nin de-yure tamhüquqlu üzvüdür. Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ümid edirik ki, bizə dost olan ölkənin və bütövlükdə regionun gələcək təhlükəsizliyi naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız tam bərpa olunacaq”, – o qeyd edib.

M.Zaxarovanın sözlərinə görə, Rusiya hazırkı mərhələdə Ermənistanın KTMT ilə tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapıların açıq olduğunu təsdiqləyir. “Ümid edirik ki, erməni tərəfdaşlarımız şübhələri dəf edərək birgə işi bərpa edəcəklər”, – o əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]