Suriya ordusu üsyançıların hücumlarını dəf etdiyini bildirib – YENİLƏNİB

Suriya ordusu silahlı qruplaşmaların Suriyanın Hələb və İdlib vilayətlərində başlatdığı hücumu dəf etdiyini və hücum edənlərin ağır itkilər verdiyini bildirib.

Bu barədə xarici KİV məlumat yayıb.

“Qüvvələrimiz silahlı terrorçu qrupların başlatdığı böyük hücumu dəf etməyə davam edir”, – deyə ordunun bəyanatında bildirilib.


Suriyada Əsəd rejimi qüvvələri ilə toqquşmaların intensivləşməsi fonunda müxalifət qüvvələri irəliləməyə davam edir.

Bu barədə Suriya mənbələri məlumat yayıb.

Bir neçə gündür ki, Suriyanın Hələb və İdlib vilayətlərində Bəşər Əsəd rejimi qüvvələri ilə müxalif Hayet Təhrir əl-Şam (HTŞ) qruplaşması arasında qarşıdurmalar davam edir. HTŞ 34 kəndə nəzarəti ələ keçirdiyini bildirib.

HTŞ-nin yeni ələ keçirdiyi bölgələrdə rejim qüvvələrinə məxsus ağır silahlar və hərbi maşınların ələ keçirildiyi bildirilir.

HTŞ həmçinin onlarla rejim əsgərini nəzarətə götürdüyünü, Əsəd qüvvələrinin xeyli itki verdiyini açıqlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]