“Bütün gözləntilərin büdcə layihəsi ilə qarşılanması qeyri-mümkündür”

2025-ci il dövlət büdcəsi layihəsi ölkənin strateji sənədlərinin tələblərinə cavab verir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər ƏmiraslanovAzər Əmiraslanov deyib. 

Deputat bildirib ki, bütün gözləntilərin növbəti il üçün müəyyən edilən büdcə layihəsi ilə qarşılanması qeyri-mümkündür.

“Büdcə təkmilləşir. 2025-ci ilin büdcə zərfində makroiqtisadi sabitlik, büdcə dayanıqlılığı iqtisadi siyasətin prinsipləri olaraq müəyyən edilir. Xərclər günün reallıqlarını nəzərə alır. Böyük Qayıdış proqramının maliyyələşdirilməsi bu ərazidə maliyyələşməyə öz layiqli töhfəsini verəcək. Büdcə vəsaitlərinin artırılması həm ölkəmizin təhlükəsizliyinə, həm də regionda sülh və sabitliyin qorunmasına xidmət edir. Növbəti il üçün planlaşdırılan dövlətr büdcəsi dövlət suverenliyimizin, milli maraqlarımızın qorunmasına xidmət edən qanun layihəsidir”, – o deyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]