Nazir: 2024-cü ildə Şuşa şəhəri üçün yaddaqalan olub

“2024-cü ildə Şuşa şəhəri üçün yaddaqalan olub, “Gənclər Paytaxtı” olan Şuşada ilboyu müxtəlif tədbirlər keçirilib”.

Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib.

“İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrinin iştirakçıları Şuşada maraqlı tədbirlərlə çıxış etdilər. Bildiyiniz kimi, bu il, həmçinin Şuşada İCESCO ilə birgə “By Youth For Youth” (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forum təşkil etdik. Azərbaycan gəncləri çox fəaldır, bütün tədbirlərdə aktiv iştirak etdilər”, o deyib.

Nazir həmçinin, qeyd edib ki, gənclər Türk Dövlətləri Təşkilatının “Gənclər Paytaxtı” olan Lənkəran şəhərində, eləcə də Bakının ev sahibliyi etdiyi COP-29-da fəallığı ilə yadda qalıblar.

“Bütün bu tədbirlər dövlətin dəstəyi ilə həyata keçirilib, prezident İlham Əliyevin gənclərə daim qayğıyla yanaşır”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]