Müğənni 104 min manatını geri ala bilmir: “Sizə halal etmirəm” 

Əməkdar artist Yusif Mustafayev dostlarına verdiyi 104 min manat borcu hələ də geri ala bilməyib.

Bu barədə sənətçi “Xəzər axşamı” proqramında danışıb.

O, borc verdiyi pulları əziyyətlə qazandığını bildirib:

“Verdiyim borcları hələ də almamışam. Dostlarımdır, amma deyirəm ki, adlarını çəkəcəyəm, qınaq obyektinə çevriləcəklər. Biz ailə dostları olmuşuq. İndi ancaq salam-sağol var. Bir dostumun 60 min borcu var idi, 4900 manat qaytarıb. İki aydan bir 100 manat qaytarır. Biri də elə onun kimi. And verirəm Allahınıza, mən o pulları keflə qazanmamışam. Toylarda bu sifətimə nə qədər sözlər deyilib, o cür qazanmışam. Bu pulları birdəfəyə verməmişəm. Bir dostum məsələn zəng edib ki, banka 3 min dollar borcum var. Bir dəfə yox, dəfələrlə ödəmişəm. Gəlib 30 min dollara çıxdı. Onda da dollar ucuz idi. İndi mən pis olmuşam dostumun yanında, salamı da mənə soyuq verir. Xahiş edirəm, pullarımı qaytarın. O pulu sizə halal etmirəm”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]